Bayden Maliyyə naziri postuna namizədin adını açıqlayıb
- 02.12.2020, 14:34,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Cozef Bayden çərşənbə axşamı Federal Ehtiyat Xidmətinin keçmiş rəhbəri Janet Yelleni gələcək administrasiyasında Maliyyə naziri vəzifəsinə namizəd olaraq təqdim edib.
Bayden öz namizədini “Youtube” kanalında bəyan edib.
"Janet Yelleni Maliyyə naziri vəzifəsinə namizəd kimi təqdim etmək fürsətinə sahib olduğum üçün çox sevindim. Heç kim mövcud böhranla mübarizə aparmağa daha yaxşı hazırlıqlı ola bilməz”, deyə gələcək prezident vurğulayıb.
Qeyd edək ki, Yellen ABŞ-ın 231 illik tarixində Maliyyə naziri, Xəzinədarlığın katib, eləcə də İqtisadi Məsləhətçilər Şurasının sədri və Federal Ehtiyat Xidmətinin sədri vəzifələrini icra edən ilk qadın olacaq.
RİA Novosti