Azərbaycan oktyabrda pomidor ixracını kəskin artırıb
- 02.12.2020, 15:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 173 mln. ABŞ dolları dəyərində tomat ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın verdiyi məlumata görə, 2019-cu ildə tomat ixracının ümumi dəyəri 147,6 mln. dollar olub. Göründüyü kimi, 2020-ci ildə tomat ixracı 17,2% artıb.
Qeyd edək ki, təkcə oktyabr ayında Azərbaycan xaricə 5,2 mln. dollarlıq tomat tədarük edib. Bu, sentyabr ayı ilə müqayisədə 5,5 dəfə çoxdur, ötən ilin eyni ayı ilə müqayisədə isə 1,9% azdır.
APA