FED: Qlobal iqtisadiyyat daha bir neçə çətin ay yaşayacaq
- 02.12.2020, 15:21,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Ceremi Pauvel dünya iqtisadiyyatı üçün daha bir neçə çətin ay vəd edib.
APA-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Pauvel çətinlikləri COVID-19 pandemiyasının yaratdığı problemlərlə əlaqələndirir.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda mövcud vəziyyət yaxın gələcəkdə gərgin olaraq qalacaq və dünyanın ən böyük əczaçılıq şirkətləri tərəfindən koronavirusa qarşı bir neçə peyvəndin hazırlanması və qısa zamanda dövriyyəyə buraxılması ilə bağlı vədlər də buna təsir etməyəcək.