Professor: "Yaxın aylarda kütləvi vaksinasiya başlayacaq"
- 02.12.2020, 19:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Nəqliyyatda bəzən sıxlıq müşahidə olunur. Ehtiyac olmadığı hallarda ictimai nəqliyyatdan istifadə etməyək. Karantin rejimi sərtləşdirildikdə onsuz da hamı evdə oturmalıdır”.
LIVE.az Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Yəqin ki, yaxın aylarda kütləvi vaksinasiya başlayacaq. Artıq Azərbaycanın həmin vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı tədbirləri bitirib. Biz necə ki, Vətən Müharibəsində qələbə qazandıq, ümid edirəm ki, koronavirusla mübarizədə də qələbə qazanacağıq", - A.Qurbanov əlavə edib.