Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır



Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.

Bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.

Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri