Çin alimləri: "Ailədə koronavirusa yoluxma riski yüksəkdir"


Çinli alimlər özünütəcrid zamanı ailədə koronavirusa yoluxmaq riskinin ictimai nəqliyyatda və ya kafedəkindən daha çox olduğu qənaətinə gəliblər.

Bu barədə “Science” jurnalı yazıb.

Belə ki, mütəxəssislər Hunandan olan 1 178 xəstə haqqında məlumatları təhlil edərək araşdırma aparıblar.

Nəticələr göstərib ki, ən az yoluxma riski qoruyucu tədbirlərin müşahidə olunduğu səhiyyə müəssisələrində, ən yüksəyi isə geniş əhatəli qohumlarla ünsiyyət qurarkən olur. Bu, birlikdə yaşayış zamanı insanların bir-biri ilə sıx təmasda olmasıdır.

Alimlər qeyd ediblər ki, koronavirus xəstəsi olan ailədə yoluxma ehtimalı hər gün 10% artır.



Report, Live.az
Şərhlər
Dünya bölməsinin xəbərləri