Dünyada 40 milyondan çox insan kölə kimi yaşayır




İkinci Dünya müharibəsindən bəri ən böyük humanitar böhrana cavab vermək üçün BMT-nin 35 milyard ABŞ dollarına ehtiyacı var.

Bu barədə BMT Baş katibi Antonio Quterreş adından yayılan bəyanatda qeyd olunub.

“2020-ci il heç bir ilə bənzəmirdi. Münaqişələr, iqlim dəyişikliyi və koronavirus II Dünya Müharibəsindən bəri ən böyük humanitar böhran yaradıb. Aclıqla üzləşənlərin sayı iki dəfə artıb, yüz milyonlarla uşaq məktəbə gedə bilmir və son 22 ildə ilk dəfə yoxsulluq artıb. Bu dövrdə ən çox risk altında olanları dəstəkləmək üçün səfərbər olmalıyıq.

160 milyon insanın həyatını qurtaran yardım almaq üçün 35 milyard ABŞ dollarına ehtiyacımız var. Bu gün 40 milyondan çox insan müasir köləliyin qurbanıdır. Qadın və qızlar bu rəqəmin 71% -ni təşkil edir”-deyə, bəyanatda qeyd olunub.


Report, live.az
Şərhlər
Dünya bölməsinin xəbərləri