Avropa bazarlarında azalma baş verir



Avropa fond bazarları Asiya bazarları kimi azalma yaşayır.

 Böyük Britaniyanın “FTSE 100” indeksi 0,2 faiz azalaraq 6.537,32 bəndə, Fransanın “CAC 40” indeksi 0,94 faiz azalaraq 5.556,45 bəndə, Almaniyanın DAX indeksi də 0,71 faiz azalaraq 13.203,25 bəndə geriləyib.

Qeyd edək ki, Asiya – Pasifik regionun da əsas indeksləri 1,2 faizədək azalma göstərib. Bunun başlıca səbəbi ABŞ tərəfindən Çinin 14 rəsmi şəxsinə tətbiq edəcəyi sanksiyalardır.

Bununla yanaşı, Almaniyada sənaye istehsalı həcminin oktyabr ayında proqnozlardakı 1,6 faizə qarşı 3,2 faiz artması da əks-səda doğurub. İNG-nin avrozona iqtisadiyyatına dair baş eksperti Karsten Brzeski WSJ-yə qeyd edib ki, həm Almaniyada, həm də bütövlükdə Avropada dördüncü rüb ərzində qeydə alınan tənəzzülə görə istehsalın artımı bazarlarda artıma səbəb ola bilməzdi: “Sənaye istehsalı dördüncü rübdə iqtisadiyyatın işıqlı nöqtəsi ola bilərdi, lakin son məhdudiyyətlərin iqtisadiyyata, o cümlədən istehlak və xidmət sahələrinə mənfi təsirini nəzərə alsaq, sənayedəki bu artım Almaniyanı ikiqat resesiyadan qurtarmaq üçün kifayət ola bilməz”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri