SOCAR İsveçrədə YDM sayını 200-ə çatdırdı




Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland" şirkəti İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 200-ə çatdırıb.

Bu barədə mediaya "SOCAR Energy Switzerland"ın rəsmi saytına istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, şirkət daha 3 YDM açıb. Şirkət 198-ci məntəqəsini Stalvedro, 199-cu məntəqəsini Mayringen, 200-cü məntəqəsini isə İnnertkirxen qəsəbələrində işə salıb.

Qeyd edək ki, "SOCAR Energy Switzerland" şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və "ExxonMobil" şirkətləri arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri