Mədəniyyət TV-nin fəaliyyətinə yüksək qiymət: “Qızıl Ləyaqət Xaçı”
- 09.12.2020, 00:50,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov Macarıstanın “Qızıl Ləyaqət Xaçı” ilə təltif olunub.
Macarıstan Prezidenti Janos Ader macar mədəniyyətinin Azərbaycanda populyarlaşmasında Mədəniyyət TV-nin müstəsna rolunu qiymətləndirərək onu bu mükafata layiq görüb. Təltifolunma mərasimi Macarıstanın Azərbaycandakı səfirliyində keçirilib. Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi çıxış edərək bildirib ki, telekanalın macar ədəbiyyatı, musiqisi, incəsənətinin Azərbaycan ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını bildirib.
Ramil Qasımov Macarıstan Prezidentinə, həmçinin mükafatı təqdim edən səfir Viktor Sederkenyiyə Mədəniyyət TV-yə və onun işinə göstərilən etimada görə təşəkkür edib.