Azərbaycanda dövlət ipotekasının təkmilləşdirilməsi ilə bağlı yekun təkliflər ilin sonunadək hazır olacaq

Azərbaycanda dövlət ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi üzrə yekun təkliflər bu ilin sonuna kimi hazırlanacaq.

APA-nın xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bəyan edib.

X.Abdullayevin sözlərinə görə, hazırda ipoteka kreditlərinə çıxışı asanlaşdıran və kredit proseduralarını sadələşdirən bu təkliflər AMB, aidiyyəti qurumlar və hökumət arasında müzakirə olunur.

Bildirilir ki, təkliflər həm kommersiya xarakterli, həm də sosial ipotekanı əhatə edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri