Qətər Futbol Assosiasiyasının prezidenti: "Bu qrupda olmaq ideal fürsətdir"
- 09.12.2020, 15:58,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Dünya çempionatının seçmə mərhələsində A qrupunda iştirak etmək və Portuqaliya kimi komandalara qarşı oynamaq yığmamızın performansını artırmaq üçün ideal fürsətdir".
Bu fikirləri Qətər Futbol Assosiasiyasının prezidenti Şeyx Həməd bin Xəlifə bin Əhməd əl Tani qurumun rəsmi saytına açıqlamasında deyib.
Assosiasiya rəhbəri Qətər seçməsinin son illərdə əhəmiyyətli uğurlara imza atdığını vurğulayıb: "Bunlardan ən başlıcası 2019-cu ildə Asiya Kubokundakı layiqli qələbədir".
Qeyd edək ki, Qətər yığması A qrupunda Azərbaycan, Lüksemburq, Portuqaliya, Serbiya və İrlandiya ilə qarşılaşacaq. Asiya təmsilçisinin görüşlərinin nəticələri qrup oyunlarına təsir etməyəcək.