Direktor: "CoronaVax vaksini 95-97 faiz effektlidir"
- 15.12.2020, 22:09,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"CoronaVax vaksininin ən böyük avantajı immun sistemimizə təsir edərək antitellərin yaranmasına səbəb olmasıdır. Güvəniləndir və fəsadlar yaratmaz. Hazırda bu virusla bağlı 3-cü fazada işlər gedir".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
"Çox sayda aparılan araşdırmalar nəticəsində 95-97 faiz effektivdir. Türkiyə də bu vaksinlə bağlı araşdırmlar aparır. Bu vaksin normal temperaturda da daşına bilir. Digər vaksinlərdə isə soyuq zəncir prinsipi gözlənilməlidir", - o bildirib.
Report