Ukraynada Arsen Avakov barəsində cinayət işi açılıb
- 15.12.2020, 22:10,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Milli Antikorrupsiya Bürosu ölkənin daxili işlər naziri Arsen Avakov və Milli Bankın keçmiş rəhbəri Valeriya Qontarevaya qarşı cinayət işi açıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ukrayna xəbərləri” agentliyi məlumat yayıb.
Bildirilib ki, onlar Avstriyanın “Meinl Bank Aktiengeselschaf” bankında açılmış “CityCommerce Bank”ın hesablarında qanunsuz olaraq 62 milyon avronun mənimsənilməsi faktı ilə bağlı iş üzrə şübhəlilər sırasındadır. Belə ki, onların vəzifələrindən sui-istifadə etməsi ehtimalı var.
Elə iş də Ali Antikorrupsiya Məhkəməsinin “Vəzifəli şəxsin səlahiyyətlərindən sui-istifadə” maddəsi üzrə verdiyi qərara əsasən açılıb.
İstintaq həmçinin “CityCommerce Bank”ın işçilərinə qarşı da araşdırma və yoxlamalar aparır.