Azərbaycanda avtobusla qatarın toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və Fərid Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün proses avqustun 7-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən dərhal sonra cinayət işi başlanılıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri