Gün ərzində nə qədər yumurta yemək olar



Dünyanın bir sıra ölkələrinin həkimləri orqanizm üçün gün ərzində nə qədər yumurta yeməyin ziyansız olduğunu açıqlayıblar.

Həkimlər bu məhsuldan hazırlanan qidanın zərərli çəki itkisinə və ya zəruri qida çatışmazlığına səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Mütəxəssislərin fikrincə, gün ərzində maksimum iki yumurta yemək olar. Həkimlər hesab edir ki, yumurtanı günün birinci yarısında yemək daha yaxşıdır.

Bu məhsuldan normadan artıq istifadə xolesterinin səviyyəsinə və çəki artımına gətirib çıxara bilər. Bu halda səhər yeməyinə bir yumurta uzun müddət toxluq hissi verəcək. Yumurta həmçinin maddələr mübadiləsini sürətləndirməyə də kömək edir.

Ekspertlər qaynanmış suda bişmiş yumurtanı yeməyi məsləhət görürlər. Çünki belə olduqda yumurta yağları və artıq piyi özündə saxlamır. Məhsula tərəvəzlər, salatlar və meyvələr də əvəz etmək olar. Həkimlər yumurtalardan başqa yağsız əti də yeməyi tövsiyə edirlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri