Azərbaycanın neft kəmərlərilə nəqletmənin həcmi 10 % azalıb
- 16.12.2020, 15:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 31,943 mln ton neft nəql edilib.
LIVE.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 79,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin 11 ayında neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 10 % az olub.
Bu ilin yanvar-noyabr ayları ərzində BTC vasitəsilə 25,303 mln ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 11,3 % azdır.
Dövr ərzində BTC kəməri ilə 3,581 mln ton tranzit nefti də nəql edilib ki, bu da 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,5 % azdır.