Dolların məzənnəsi iki illik minimuma enib



ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti görüşündən sonra ABŞ dollarının indeksi altı əsas valyutanın daxil olduğu səbətə nisbətdə 90 bəndədək enərək 2018-ci ilin aprel ayının 20-dən bəri ən aşağı səviyyəyə düşüb.

Birja dolların indeksinin 90,45 səviyyəsində olduğu vaxt qapanıb, Bakı vaxtı ilə saat 11:43-dəisə dolların indeksi 0,54% enərək 89,96 bənd təşkil edib.

Qeyd edək ki, FED dekabrın 16-da keçirilmiş görüşdə baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb və sözügedən göstəricinin 2020-2023-cü illərdə bu aralıqda qalacağını proqnozlaşdırıb.

Hazırda ABŞ dolları 0,817 avroya, 103,205 yenə, 0,736 funt sterlinqə, 1,270 Kanada dollarına, 0,883 İsveçrə frankına və 1,312 Avstraliya dollarına ticarət olunur.






Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri