İtaliyanın turizm sektoru pandemiyaya görə 50 mlrd. avro itirib



Yeni növ koronavirus (COVID-19) pandemiyası və onun nəticələri səbəbindən 2020-ci ildə İtaliyanın turizm şirkətlərinin gəlirləri 2019-cu illə müqayisədə 53 mlrd. avro azalacağı gözlənilir.

Bu barədə "Unioncamere" milli biznes assosiasiyasının açıqlamasında deyilir.

Ekspertlər hesab edir ki, azalma 2021-ci ilin I rübündə davam edəcək, turizm sənayesi daha 7,9 mlrd. avro itirəcək, 2019-cu illə müqayisədə beynəlxalq turizm axınının 85%, daxili axının isə 60% azalacaq.

Xatırladaq ki, İtaliya hökumətinin proqnozlarına görə, 2020-ci ilin sonuna turistlərin olmaması səbəbindən ölkənin itkiləri milyardlarla avro təşkil edəcək, sənaye istehsalı və ixrac həcmi azalacaq, iqtisadiyyat 8-9% kiçiləcək. Hazırda İtaliyanın dövlət borcu ÜDM-in 150%-nə bərabərdir.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri