Kür çayında suyun səviyyəsi artıb
- 02.08.2013, 15:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 10-90, Kiçik Qafqazın çaylarında 70-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-210, Naxçıvan MR-sı çaylarında isə normanın 30 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, avqustun 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 174 m3/s olmaqla, ongünlük normanın 131 faizini təşkil edir.
Avqustun 2-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 164 faizini təşkil edir.
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 41 sm, Şirvanda 67 sm, Salyanda 50 sm, Araz çayının Novruzlu məntəqəsində 28 sm, Bankədə isə 14 sm azalma qeydə alınıb.