30 ildən sonra Cıdır düzündə “Bayatı-şiraz” oxundu
- 23.12.2020, 17:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə konsert proqramı keçirilib.
Konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.
Konsert zamanı bir sıra mahnılar ifa olunub, o cümlədən “Bayatı-şiraz” dəstgahı səslənib.
Qeyd edək ki, DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.