Azərbaycanda son sutkada 4226 nəfər COVID-19-dan sağalıb, 1850 nəfər yoluxub, 40 nəfər vəfat edib


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mediaya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri