Prezident əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğini artırdı


Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 4 ay uzadıldı


Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu imzalayıb.

Dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Prezident əmanətlərin sığortalanması üzrə kompensasiya məbləğini artırdı


Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu imzalayıb.

Qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qədər artırılıb.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Digər bir dəyişikliklə isə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri