Azərbaycanda ərəb dili günü qeyd olunub




Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru,  Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə "Beynəlxalq Ərəb Dili Günü" münasibəti ilə onlayn tədbir keçirilib.

Live.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə 80-ə yaxın dinləyici iştirak edib.

Tədbirin ikinci hissəsində müxtəlif universitetlərdə ərəb dili ixtisasında ve eyni zamanda Səudiyyə Ərəbistanı mərkəzində təhsil alan tələbələr iştirak edərək ərəb dilində xütbə, hekayə, şeir, mahnı və Qurani-Kərimdən surələr səsləndiriblər. Tədbirdə Mərkəzin 5-9 yaşlı ən kiçik tələbələri də iştirak edərək öz ərəb dili bilikləri ilə hər kəsi təəccübləndiriblər.

Tədbirdə Misirdən və Rusiyadan olan qonaqlar da iştirak edərək, təbrik və ürək sözlərini ifadə ediblər.
Misirdən tədbirə qoşulan tədqiqatçı alim Ahmed Abdo Tarabik, Misirin Ayn Şəms universitetinin müəllimi, Misir mədəniyyəti mərkəzinin sabiq müdiri Ahmed Sami Elaydi, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Mütəllim Rəhimov, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Bakı Avrasiya Universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov və  Rusiyanın Sankt Peterburq şəhərindən qoşulan Elvira Əliyeva cıxış edərək bütün ərəbşünasları Beynəlxalq ərəb dili günü münasibətilə təbrik ediblər.
Şərhlər
Sosial bölməsinin xəbərləri