Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb


Azərbaycanın milli domen zonasında (".az") 35 967 internet resursu qeydə alınıb.

LIVE.az-ın WHOIS portalına istinadən verdiyi məlumata görə, 2020-ci il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2019-cu ilin göstəricisi ilə müqayisədə 5,6% artıb. Qeydə alınan saytların ümumi sayının 33 637-si birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-cu ilin əvvəlində olan göstəricini 6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 329 sayt qeydiyyatdan keçib. Bu göstərici 2019-cu ilin göstəricisini cəmi 9 sayt üstələyir.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 471 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricindən 2,6% çoxdur.
 
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:


DomenQeydiyyatdan keçən saytlar
pro.az1
name.az11
biz.az19
pp.az22
int.az28
net.az67
info.az104
co.az128
org.az150


Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

 

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri