Rusiya FHN sabahdan Ağdamın 100 ha ərazisinin minadan təmizlənməsi əməliyyatına başlayacaq



Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.

Onun sözlərinə görə, həmin əməkdaşlar Fövqəladə Hallar Nazirliyinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşəcəklər.  Sabahdan etibarən Rusiya Federasiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri