Anasını və qardaşını öldürən şəxs məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını döyərək qətlə yetirməkdə təqsirləndirilən Oleq Abışovin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs ifadə verərək, günahkar olmadığını deyib. O, bildirib ki, anasını və qardaşını öldürməyib: “Mən ayda bir dəfə evdə oluram. Bir gün mənə zəng edib dedilər ki, ananla qardaşın ölüb. Sonra da cinayəti mənim boynuma qoydular”.

Proses avqustun 16-da davam etdiriləcək.

Qeyd edək ki, martın 12-si saat 22:20 radələrində Pirallahı qəsəbəsində yaşayanlar Lidiya Abışova və oğlu Yuri Surxayeviç Abışovun üzərində zorakılıq əlamətləri olmayan meyitləri aşkar olunub.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən həmin ailənin üzvü Oleq Abışov tutulub. O, bildirib ki, anasını və qardaşını fevralın 11-də döyərək öldürüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri