Oksford Universiteti və "AstraZenec" dərman şirkəti tərəfindən hazırlanan COVID-19 peyvəndinin tətbiqinə başlanıb



Oksford Universiteti və "AstraZenec" dərman şirkəti tərəfindən hazırlanan COVID-19 peyvəndinin tətbiqinə başlanıb.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, peyvəndin ilk inyeksiyası İngiltərədə Oksford Universitetinin xəstəxanasında 82 yaşlı Brayn Pinker adlı şəxsə edilib.

Peyvənd olunan B.Pinker dializ xəstəsidir.

Bildirilib ki, peyvəndin dozaları qarşıdakı günlərdə Britaniya xəstəxanalarına göndəriləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri