Ermənistan-Azərbaycan münaqişəsi barədə telefon danışıqları yayılan litvalı diplomatlar istefa verirlər
- 03.08.2013, 01:15,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Litvanın iki səfiri Renatas Yuşka və Arsturas Jurauskas Litva Xarici İşlər Nazirliyinə çağırılıb. Trend-in Delfi.lt saytına istinadən verdiyi məlumata görə, buna səbəb XİN Baş Müfəttişliyinin adıçəkilən diplomatların söhbətinin lent yazısının Youtube.com saytında yayıması məsələsi üzrə araşdırmaya başlamasıdır.
XİN-in mətbuat katibi Rasa Yakilaytene səfirlərin istefası ilə bağlı bəyanatın alınıb-alınmadığı sualını cavablandırarkən deyib ki, hazırda araşdırma aparılır. O, əlavə şərh verməkdən imtina edib.
Daha əvvəl yayılan məlumata görə, telefon danışıqları yayılan iki diplomat - Litvanın Macarıstandakı səfiri Renatas Yuşka və Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas öz vəzifələrindən gedirlər və bununla bağlı istefa ərizəsi yazıblar.
Hər iki diplomat hazırda tətildədir. Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Jurauskas iyulun 15-dən avqustun 19-dək tətildədir, Macarıstan səfirliyindən isə qeyd ediblər ki, Yuşaka avqustun 1-dən tətildədir.
Qeyd edək ki, "YouTube" saytına iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin XİN-in "Şərq tərəfdaşlığı" üzrə siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatı Renatas Yuşka arasında getdiyi güman edilir. Bu söhbət cari il aprelin 4-də saat 12:50-də baş tutub.
Həmsöhbətlər danışıq zamanı Azərbaycan-Ermənistan münasibətləri haqqında şəxsi fikirlərini müzakirə edərək ermənipərəst mövqedən çıxış ediblər.
Bütün lent yazıları ingilis dilində subtitrlə verilib.