Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb



Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb


Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.

LIVE.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüş 4 saatadək davam edib.


///

2021-01-11 16:25


Putin: “Qarabağ üzrə üçtərəfli bəyanat ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır”


Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.

Bunu Kremldə keçirilən üçtərəfli görüşdə çıxışında Rusiya prezidenti Vladimir Putin bildirib.

V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır: “Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.

Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.

V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.

Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”, - deyə V. Putin vurğulayıb.

Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.





///


Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfl görüş başlayıb.

 Kremldə keçirilən görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın reallaşdırmasının gedişatının nəzərdən keçirilməsi və regionun problemlərinin həlli üzrə sonrakı addımların müzakirəsi planlaşdırılır.



APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri