“BioNTech” bu ilin sonunadək 2 milyard doza COVID-19 peyvəndi istehsal edəcək



“BioNTech” dərman şirkəti 2021-ci ilin sonunadək 2 milyard doza COVID-19 peyvəndi istehsal edəcək.

Bu barədə bu gün dərman şirkəti tərəfindən keçirilən təqdimatda bildirilib.

“İndi biz inanırıq ki, 2021-ci ilin sonunadək təxminən 2 milyard doza peyvənd istehsal edə bilərik”, - deyə qeyd olunub.

Qeyd edək ki, daha əvvəl şirkət 1,3 milyard doza peyvənd istehsal edəcəklərini açıqlayıb.

Xatırladaq ki, “BioNTech” və “Pfizer” şirkətlərinin birgə hazırladığı peyvənd klinik sınaqlarda 90 faiz yüksək effektivlik göstərib. Peyvəndin istifadəsi Böyük Britaniya, ABŞ və Avropa İttifaqı ölkələrində təsdiqlənib.



APA, BBC
Şərhlər
Sosial bölməsinin xəbərləri