Yeni qaydalardan sonra milyonlarla istifadəçi “WhatsApp”ın bu alternativinə keçib
- 11.01.2021, 18:41,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son 3 gündə “Turkcell”in mesajlaşma proqramı olan “BiP”ə “Türkiyənin məlumatları Türkiyədə qalsın” prinsipi ilə 4,6 milyon istifadəçi qoşulub.
Bu barədə “Turkcell”dən bildirilib.
Şirkət ötən gün sadəcə 24 saat ərzində 1 milyon 124 min nəfərin “BiP” tətbiqini endirdiyini açıqlayıb.
Qeyd edək ki, “BiP” 2013-cü ildə “Turkcell” tərəfindən iOS və “Android” yuzerləri üçün hazırlanmış mesajlaşma tətbiqidir və bütün operator abunəçiləri tərəfindən istifadə edilə bilər. “BiP” “App Store”, “Google Play” və “Huawei AppGallery”dən pulsuz endirilə bilər.
Xatırladaq ki, “WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını “Facebook” şirkətinə təqdim etməlidir.
Report