Belçikada çəkiliş apardığı üçün saxlanılan gənc polis bölməsində ölüb



Belçikada çəkiliş apardığı üçün polis tərəfindən saxlanılan gənc aparıldığı polis bölməsində naməlum səbəbdən ölüb.

APA-nın "Sudinfo.be" saytına istinadən verdiyi xəbərə görə, Brüsselin Qar-dyu-Nor vağzalında polis tərəfindən sənədləri yoxlanılarkən çəkiliş aparan 23 yaşlı İbrahim adlı gənc polis tərəfindən saxlanılıb. Onun komendant saatı ilə bağlı qaydanı pozduğu güman edilib. Həmin şəxs aparıldığı polis şöbəsində naməlum səbəbdən ölüb.

Mərhumun yaxınları İbrahimin saxlanma şəraiti və ölümünün dəqiq səbəbinin araşdırılması ilə bağlı prokurorluq tərəfindən dərhal araşdırmanın başladılmasını tələb edirlər. Onlar polis zorakılığına qarşı etiraz nümayişi təşkil edəcəklərini bildiriblər.
Şərhlər
Dünya bölməsinin xəbərləri