Madriddə son 76 ilin ən soyuq havası qeydə alındı


İspaniyanın paytaxtı Madrid şəhərində ötən gecə son 76 ilin ən soyuq havası qeydə alınıb.

Ölkənin Dövlət Meteorologiya Agentliyinin (AEMet) məlumatına görə, paytaxtın universitet kampusu ərazisində havanın hərarəti mənfi 10,3 dərəcə, Baraxas Beynəlxalq Hava Limanında isə mənfi 13 dərəcə ölçülüb.

1945-ci ilin 16 yanvar tarixində adıçəkilən məkanlarda müvafiq olaraq mənfi 10,1 və 15 dərəcə şaxta qeydə alınmışdı.

Qeyd edək ki, ötən həftənin sonunda Madriddə indiyədək görünməmiş qar yağıb. İspaniyanın bir çox bölgələrində bərk şaxtalar olub. Ölkənin 11 əyalətində qırmızı təhlükə elan edilib. Cümə axşamı (7 yanvar) şimal-qərbdəki Leon əyaləti ərazisində 1 874 metr yüksəklikdə yerləşən Veqa de Liordes hava ölçmə stansiyasında ölkə üçün rekord sayılan 35,8 dərəcə şaxta qeydə alınıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri