Ərdoğan: ““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Aİ ailəsində yer alması ilə aradan qaldırıla bilər”



Türkiyə Prezidenti: “Avropa İttifaqına tam üzv olmaqdan heç vaxt vaz keçməmişik”

“Təxminən 60 ildir Avropa İttifaqına (Aİ) tam üzv olmaq üçün mübarizə aparırıq”.

Live.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

“Bu qədər ikili standart və haqsızlığa baxmayaraq, təşkilata tam üzv olmaqdan heç vaxt vaz keçməmişik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

///

Ərdoğan: ““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Aİ ailəsində yer alması ilə aradan qaldırıla bilər”

““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

“Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: “Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik”.
Şərhlər
Dünya bölməsinin xəbərləri