“GMC”nin elektromobil istehsal xərci ucuzlaşacaq
- 13.01.2021, 20:06,
- Avtomobil
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“GMC” şirətinin bu ilin sonunadək elektromobil istehsalına çəkdiyi məsrəfləri hazırda istehsal olunan “Chevrolet Bolt” modelinə nisbətən 30 faiz azalacaq.
“Report” “Detroit Free Press”ə istinadən xəbər verir ki, bu barədə “Morgan Stanley Auto 2.0” konfransında bildirən şirkətin icraçı vise-prezidenti Daq Parks 2021-ci ilin sonunadək bazara “Hummer” adlı elektrik yolsuzluq maşını və bir də elektrik pikap çıxaracaqlarını diqqətə çatdırıb.
Şirkət təmsilçisi xeyli dərəcədə yeni “Ultium” akumulator batareyaları sayəsində elektromobil istehsalının daha ucuz başa gələcəyini qeyd edib. Bütövlükdə “GMC” 2025-ci ilədək 30 yeni elektromobil modelini bazara çıxarmaq niyyətindədir.