"Ergenekon" işi üzrə məhkəmənin sonuncu iclası qapalı olacaq

Türkiyədə "Ergenekon" işi üzrə məhkəmənin avqustun 5-də keçiriləcək sonuncu iclası qapalı keçiriləcək.

APA-nın “TRT Haber” telekanalına istinadən verdiyi xəbərə görə, bunu İstanbul valisi Hüseyn Avni Mutlu bildirib. Onun sözlərinə görə, avqustun 5-də məhkəmə binası qarşısında istənilən toplantı qanunsuz hesab ediləcək.

Onun sözlərinə görə, məhkəmə zalına tamaşaçılar, eləcə də, müttəhimlərin yaxınları buraxılmayacaq.

Qeyd edək ki, aprelin 8-də "Ergenekon" işi üzrə proses zamanı “Silivri” məhkəməsinin qarşısında çoxminlik etiraz aksiyası keçirilmişdi. Polis əməkdaşları nümayişi su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə dağıtmışdı. O vaxtdan məhkəmə iclasları zamanı binanın qarşısında insanların toplaşmasına icazə verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri