Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur
- 16.01.2021, 13:48,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.
"Report" "Formule1" nəşrinə istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanadadakı yarışların ləğv edilmə ehtimalı var.
Buna koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsi səbəb göstərilib.
Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir. Qran-prilər ləğv olunacağı təqdirdə onlar Türkiyə, İtaliya və Almaniyadakı yarışlarla əvəz edilə bilər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.
Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.