Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburiliyi qüvvədə qalıb
- 16.01.2021, 13:51,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
LIVE.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd olunub.
Bildirilib ki, həmçinin, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi aprelin 1-dək uzadılıb.