Mesut Özil "Fənərbağça"ya keçidindən danışdı



"Çox həyəcanlıyam, çünki mən hər zaman "Fənərbağça" azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir".

Bu fikirləri İngiltərənin "Arsenal" klubundan Türkiyənin "Fenerbağça" komandasına keçən Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün də həyacanlı olduğunu bildirib: "Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun".

Özil "Fənərbağça" azarkeşlərinə ona dəstək olduqları üçün təşəkkür edib: "Onlar məni hər zaman dəstəklədilər. "Fənərbağça" böyük klubdur. Böyük cameə olduğumuzu hər zaman göstəririk, yenə göstərdilər. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam".

Qeyd edək ki, Mesut Özil 2013-ci ildən "Arsenal"da çıxış edib.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri