Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir



Azərbaycan ərazisində pandemiya başladığı dövrdən (2020-ci il 28 fevral tarixində ölkədə COVID-19-un ilk müsbət halı qeydə alınmışdır) 2021-ci ilin yanvar ayının 15-dək 226.549 nəfər virusa yoluxub.

Bu, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.

Qeyd olunub ki, yoluxanlar arasında xəstəliyi ağır keçirənlər 6 faiz, ölüm halı isə 1,1 faiz təşkil edir: “Yanaşı xroniki xəstəlikləri, zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan, ağır çəkili və immunsupressiv dərman istifadə edən və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksəkdir. Bu baxımdan əhali arasında yoluxma səviyyəsinin aşağı enməsi ilə yanaşı, yoluxan şəxslər arasında xəstəliyi kritik keçirənlərin sayının azaldılması da önəmlidir”.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri