Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb
- 19.01.2021, 14:11,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə və Azərbaycan olaraq əgər atəşkəsin daimi olduğunu müşahidə edəriksə, Ermənistan da buna inanarsa, rəsmi Yerevan ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilərik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Bu addımları Azərbaycan ilə birlikdə koordinasiya edəcəyik. Hazırda çox önəmli bir fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”, - o vurğulayıb.
Report