Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb



Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları və yaxud 0,80% artıb.

LIVE.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,84 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

“Brent” markalı neftin qiyməti enib.

Bu markadan olan neftin mart ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 0,36% azalaraq 55,88 ABŞ dolları olub.

Nyu-York Əmtəə Birjasında “WTI” markalı nefti də 0,22 faiz ucuzlaşaraq 53,09 ABŞ dollarından satılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri