S&P: Bu il Türkiyə iqtisadiyyatı 3,6 % böyüyəcək



“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Türkiyə iqtisadiyyatının 3,6 % böyüyəcəyini proqnozlaşdırır.

LIVE.az-ın məlumatına görə, bunu report reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Türkiyə iqtisadiyyatının artım tempinin 2022-ci ildə 3,5 %, 2023-2024-cü illərdə isə 3,3 % olacağı gözlənilir.

Bu il Türkiyədə işsizlik nisbətinin 13,4 %, növbəti 3 ildə isə müvafiq olaraq 12 % və 11,2 % səviyyəsində rellaşacağı proqnozlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri