İsmayıllıda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanın İsmayıllı rayonunda faciəli hadisə baş verib.


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyul ayının 26-da İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydə alınıb. Kənd sakini azyaşlı Nəzrin Axundlunun və Əhən kənd sakini azyaşlı Zöhrə Şərifovanın üstlərinə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən hər iki uşaq avqustun 2-də orada dünyasını dəyişib.


Hər iki faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri