Azərbaycanın təhsil naziri TQDK nümayəndələrinin döyülməsi məsələsinə aydınlıq gətirib

Azərbaycanın təhsil naziri TQDK nümayəndələrinin döyülməsi məsələsinə aydınlıq gətirib Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XI b sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədilə dəvət edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.

Nazir Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillər əsasında qurulmasının vacibliyini vurğulanıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri