Bill Qeyts pandemiyada əli olması barədə ittihamlara cavab verdi
- 01.02.2021, 03:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".
Live.az Report”a istinadla xəbər verir ki, bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.
O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.
"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.
Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.
"Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur", - Qeyts əlavə edib.
Onun sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimaiyyət xadimlərinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilirlər.
Qeyd edək ki, yeni koronavirusun ortaya çıxdığı gündən sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Bill Qeytsin pandemiyada əli olmasına dair fikirlər yayılıb.
Bir sıra portallar və sosial şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyinə dair iddia irəli sürüblər. Sahibkar isə bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.
Daha əvvəl iş adamının özü koronavirusdan peyvənd edilib.