“Brent” son 12 ayda ilk dəfə 58 dollar həddini keçdi



Londonun “İCE Futures” birjasındakı axşam hərracında “Brent” markalı neftin aprel fyuçersi 3 faiz bahalaşaraq 58,04 ABŞ dollarından satılıb.

Bu rəqəm Bakı vaxtı ilə saat 18:26-ya olan vəziyyətə görə qeydə alınıb.

Bundan əvvəl “Brent” markalı neft 2020-ci ilin 22 yanvar tarixində 58 dollarlıq həddi keçmişdi.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri