"Neftçi" darmadağınla başladı

"Neftçi" darmadağınla başladı Bu gün Topaz Premyer Liqasında 2013/14 mövsümünün növbəti oyunları keçirilib.

“Simurq” Qəbələ şəhər stadionunda “Rəvan”ı qəbul edib. Orxan Məmmədovun idarə etdiyi oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb.

“Neftçi” isə “Bakcell Arena”da ikinci “altılığ”ın qalibi olan AZAL-ı qonaq edib. Böyükağa Hacıyevin istefasından sonra “başsız” qalan flaqmanı meydana köməkçi məşqçi Tərlan Əhmədov çıxarıb. “Ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyəti yaddan çıxarıb, azarkeşlərinin üzünü güldürmək üçün əlindən gələni edib. Nəticə flaqmanın xeyrinə olub.

“Neftçi” – AZAL 4:1
Bahodir Nasimov, 9; Flavio Aleks Valensio, 29; Rəşad Sadiqov, 36; Emin Mehdiyev, 90+2 - Con Oluremi, 58


“Simurq” – “Rəvan” 2:0
Stepan Polyak, 66; Orxan Səfiyaroğlu, 86
Şərhlər
İdman bölməsinin xəbərləri