Azərbaycanda körpələrə Polad adının verilməsi kəskin artıb
- 03.02.2021, 20:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvar ayında doğumu qeydə alınmış 12 uşağa Polad adı verilib.
Uşaqlara bu adın verilməsi 2020-ci ildə və bu ilin ilk ayında əvvəlki illərlə müqayisədə kəskin artıb.
Bu ad ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, ötən il Polad adı 193 uşağa qoyulub. Müqayisə üçün bildirək ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə isə 53 uşağa Polad adı verilmişdi.
Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
Report